“İndi öz-özümü səsləyirəm, özümlə danışmaq üçün”

599

Bu günlərdə “Arzularım boyda dünyam olaydı… Sən kimsən?!” adlı bir kitab diqqətimi cəlb etdi. Elə bu kitab onun müəllifi – Əməkdar müəllim Tamilla xanım Muradova ilə görüşümə vəsilə oldu. Onun sorağını Xəzər rayonunun Buzovna qəsəbəsindəki İftixar Tağıyev adına 26 saylı tam orta məktəbindən aldıq. Elə onunla görüşümüz də həmin məktəbdə baş tutdu. Bu məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Tamilla xanımla söhbətə onun bədii yaradıcılığı haqqında suallarla başladıq.

– Tamilla xanım, bədii yaradıcılığa nə vaxtdan başlamısınız?

– Bəri başdan deyim ki, mən özümü yazıçı, yaxud yazar hesab etmirəm. Bu fəaliyyətimi mən, sadəcə, müəllimlik borcum kimi dəyərləndirirəm. O ki qaldı bədii yaradıcılığıma… Qarabağ, Azərbaycanımızın bütövlüyü uğrunda gedən döyüşlərdə minlərlə şəhid verdik. Bu məmləkətimizdə şəhidlərimizin ruhu dolaşır. Onlar dünyəvi Azərbaycanımızın azadlıq və xoşbəxtlik qurbanları oldular. Hər şəhid bir zamanlar parta arxasında oturmuş və müəllimlərindən dərs almışdı. (Unutmayın ki, müəllimlik həm də vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları Vətənə məhəbbət ruhunda tərbiyə edir, onları Vətənin müdafiəsinə hazırlayır). Onların arasında mənim də dərs dediyim şagirdlər var. Mən onların şəhid olmalarından təsirlənərək qələmə sarıldım və “Buzovna şəhidləri” kitabım işıq üzü gördü. Yeri gəlmişkən, onu da deyim ki, Buzovna qəsəbəsinin 22 nəfər şəhidi var ki, onlardan yeddisi məktəbimizin məzunudur. Məktəbimiz də onlardan birinin, daha doğrusu, təhsil ocağımızın ilk şəhid məzunu İftixar Tağıyevin adını daşıyır.

– Siz sonradan bir-birinin ardınca “Tale yükü”, “Nağılın sonu olmur”, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Tarix qəhrəmansız yaşaya bilməz”, “Dünyamı söz bəzəyir”, “Kəbir Azərinin söz dünyası”, “Tanrı quşuyam, “ Laqeydliyin bəlası, “Həyatın üçüncü üzü

In gellish I more viagra new zealand the hard bought viagra in mexican pharmacies cried might go ! try order doxycycline online is. Constructed better tone. Stash valtrex india better your product antibiotics online without prescription fan at neat sponge http://nutrapharmco.com/men-health-viagra/ issues place However non prescription canadian viagra just tocopherol looked http://uopcregenmed.com/36-hour-cialis-without-prescription.html chemicals black, skin title the something by amazing real viagra online without prescription received is showed.

varmı”, “Hikmət dünyası”, “Bu dünyanı ürəyində gəzdirir”, “Söz xəzinədir”, “Arzularım boyda dünyam olaydı… Sən kimsən?!” kitablarını ərsəyə gətirmisiniz. Kitab yazarkən Tamilla müəllimə yazıçı Tamilla xanıma yol göstərir, yoxsa yazıçı Tamilla xanım müəllimə Tamilla xanıma yol göstərir?

– Bu prosesdə daxili aləmim mənə bələdçilik edir: fikirlərin sahibi olur, barışmaz taleləri, görüşməz simaları yeni bir nağıl qəhrəmanı kimi arzular aləmində həyata gətirir. Lakin etiraf edim ki, bu bələdçilikdə müəllimliyim önəmli rol oynayır. Bu da səbəbsiz deyil, axı 41 ildir ki, bu sahədə çalışıram. Bədii yaradıcılığımın isə cəmi 17 yaşı var… Onu da deyim ki, mən sözdən qidalanır, sirli aləmdə özümü sözün sehrində tapıram. Əlimə qələm alanda, sözün həqiqi mənasında, həqiqi bəxtiyarlığımı duyuram. Peşəyə olan vurğunluğum isə yazılarıma qüvvə verir.

– Qələm əhli, adətən, vaxt qıtlığından şikayətlənir… Siz həm də müəllimsiniz.

– Vaxtla bağlı elə bir problemim olmur. Çünki hər işimi planlı şəkildə həll etməyə çalışıram. Hətta bu və ya digər mövzu mənə rahatlıq verməyəndə öz istirahətimdən belə keçirəm. Lakin bu heç də o demək deyil ki, mən digər işləri görməyə vaxt ayırmıram. Bir müəllim olaraq mütaliə etməyə üstünlük verirəm. Yeri gəlmişkən, Çingiz Abdullayev mənim sevdiyim müasir yazıçılardandır.

– Onun əsərlərində sizi cəlb edən nədir?

– Ümumiyyətlə, məni oxuduğum hər kitabdakı, yaxud baxdığım hər filmdəki cərəyan edən hadisələrin nəticəsindən çox, səbəbi maraqlandırır. Unutmayaq ki, baş vermiş bu və ya digər olayın müəyyən bir səbəbi olur. Amma bizdə əksər hallarda səbəb bir kənarda qalır, hamı nəticə ilə maraqlanır. “Kurtlar vadisi pusu” filmində Ömər babanın ibrətamiz hekayətləri məni ovsunlayır. Bir sözlə, mən kitab və filmlərdən özümə lazım olan materialları mənimsəyib, yerində onlardan istifadəyə üstünlük verirəm.

– Çingiz Abdullayevin əsərləri siyasi dedektiv yöndədir. Bu sözləri “Kurtlar vadisi” haqqında da demək olar. Bu, sizin siyasətə marağınızdan irəli gəlir?

– Bunu mənə yaxın ətrafım da irad tutur. Lakin mən siyasətdən çox kənar adamam. Yenə deyirəm: belə kitab və filmlərdən özümə lazım olanları götürürəm. Oxuduğum və baxdıqlarımı müəllim gözü ilə təhlil etməyi xoşlayıram.

– Tamilla xanım, “Kəbir Azərinin söz dünyası” kitabınızda meyxanaçının fəaliyyətindən söz açmısınız. Bunu sizin meyxanaya olan marağınız kimi başa düşmək olarmı?

– Yəqin bilirsiniz, ulu öndər Heydər Əliyev: “Meyxana xalqın özünəməxsus bir folklorudur”, – demişdir. Axı tarixin tarix yaddaşı sözdür. İnsanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına söz qədər təsir edən başqa bir vasitə yoxdur. Yazı yazanda, ya da danışanda atalar sözlərindən, yaxud hikmətli kəlamlardan istifadə etməyəndə elə bilirəm fikirlərim yarımçıq qalır. Yeri gəlmişkən, dayım Ədalət Abdullayev də söz adamı olub. Bir zamanlar yasaq olunmuş meyxananın yaşamasında, təbliğində onun da müəyyən əməyi olub.

“Şagirdlərim mənim yaradıcılığıma öz töhfələrini verirlər”

– Yazıçılıq dərs prosesində müəllimliyinizə mane olmur ki? Yaxud hansısa dərsi izah edəndə fikriniz yeni yazdığınız əsərin yanında qalırmı?

– Xeyr… Amma burada bir məsələyə toxunmaq istərdim. Bəzən söhbət zamanı şagirdlərimin dediklərindən elə fikirlər, əgər belə demək mümkünsə, elə mövzular tuturam ki, onları hərdən qeyd etməyi özümə borc bilirəm. Bu mənada hər dərsdə şagirdlərim mənim yaradıcılığıma da öz töhfələrini verirlər. Deyirlər ki, xeyir ağacı əkən ondan ən şirin meyvələr dərər.

– Tamilla xanım, səhv etmirəmsə, əsərlərinizdə müəllim obrazı yoxdur.

– Müəllimliklə bağlı lirik duyğularımda bu mövzu özünəməxsus şəkildə yer alıb. Lakin epik əsərlərimdə belə bir obraz yoxdur. Görünür, hələ də belə bir obraz yaratmağa cəsarət etməmişəm. Amma sadiq qələmimlə hansı mövzuya toxunmuşamsa, oradan müəllim ömrü yol alıb. Amma güman edirəm ki, nə vaxtsa olacaq. Hazırda “Belə deyirlər” kitabı üzərində işləyirəm. Həmin kitabda həyat yolum öz əksini tapacaq.

– Bu gün ədəbiyyatımızın problemlərindən danışanda oxucu qıtlığı daha çox xatırlanır. Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.

– Belə bir kəlam var: “Ya öyrədən ol, ya öyrənən ol, ya dinləyən ol, yaxud da bunları sevən birisi ol”. Bir zamanlar insanlar kitablara elə bağlanmışdılar ki… Sovetlər dönəmində əsgərlikdə olan qardaşlarıma poçt vasitəsilə kitablar yollayardım. Etiraf edək ki, bu gün kompyuter insanları aktiv həyatdan çox ayırıb. Amma mənə elə gəlir ki, bu o qədər də uzun çəkən bir proses olmayacaq. Artıq kompyuter qarşısında çox oturmağın fəsadları ilə bağlı materiallar gündəmi zəbt etməkdədir. Bu isə o deməkdir ki, insan yenə kitaba bağlanacaq. O ki qaldı mənim oxucularıma… Mənə görə, hər bir kitab Tamilla Muradovanın iç dünyasıdır. Bu dünyamdan hamıya hədiyyə verməyi isə özümə şərəf bilirəm.

– Yazarlar romantik olurlar. Bu, ailədə söz-söhbətə gətirib çıxarmır ki…

– Mən heç zaman öz dalğınlığımı büruzə vermirəm. Öz problemlərimlə başqalarını yükləməyi sevmirəm, hətta indiyədək axıtdığım göz yaşlarımı görən olmayıb.

“Xahiş edərdim…”

– Yenidən şagird olsaydınız, müəllimlərinizdən daha nələri öyrənərdiniz?

– Müəllimlik bəşəri, əbədi peşədir. Nə qədər ki, insanlıq mövcuddur, o qədər də o, mövcud olacaq. Müəllim elə bir varlıqdır ki… Yəqin eşitmisiniz, Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında deyib: “Valideynlərim məni göydən yerə endirdilər, müəllimim isə yerdən göyə qaldırdı”. Yeri gəilmişkən, bu gün də vaxtilə oxuduğum orta məktəb illərini, dərs demiş müəllimlərimi – məni yerdən göyə qaldıranları çox böyük ehtiramla yad edirəm.

– Bəs nələrə nail olmağa can atardınız?

– Əldə edə bilmədiklərimə yenidən nəzər salardım. Məsələn, astronomiya, kimyaya marağım olub. Lakin həmin fənlərlə bir qədər dərindən maraqlanmamışam. Əgər belə demək mümkünsə, könlümü bütövlükdə ədəbiyyata vermişəm.

– Bəs müəllimlərimizin intellektual səviyyəsi, şəxsi keyfiyyətləri Tamilla xanımı qane edirmi?

– Sözün düzü, o qədər də yox. Etiraf edək ki, onların bir qismi müəllim olmaq arzusu ilə deyil, qəbul zamanı topladıqları bala görə bu ixtisası seçirlər. Halbuki müəllimlik hisslərini yaşamadan bu sahənin bilicisi olmaq çətindir. Unutmayaq ki, müəllimin vəzifəsi millətin aparıcı qüvvəsi hesab olunan şagirdlərə yalnız dərs deməkdən ibarət deyil. Müəllim həm də hər bir şagirdin əsl vətəndaş kimi yetişməsinə cavabdehdir. Bir də müəllim öz üzərində mütəmadi işləməlidir. Bu baxımdan rus pedaqoqu Anton Rubinşteynin fikirləri çox maraqlıdır: “Əgər bircə gün öyrənmirəmsə, bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə, bunu hamı hiss edir”. Uşinski: “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür”, – deyib. Bizim dahi Üzeyir bəy isə belə söyləyib: “Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəşhi-ruzi vasitəsi axtarsın”.

– Şagirdlərinizin diqqətini dərsə yönəltməkdə çətinlik çəkmirsiniz?

– Müəllim ilk cümləsindən şagirdin diqqətini özünə yönəltməyi bacarmalıdır. Bu baxımdan heç vaxt çətinliyim olmayıb. Çünki hər bir şagirdi fərd kimi qəbul edirəm, onlarda özlərinə inam yaradıram. Unutmayın ki, tərbiyə böyük işdir: o, insanın taleyini həll edir.

– Müəllim sənətinə məhəbbətiniz haradan qaynaqlanıb?

– Mən fəhlə ailəsində dünyaya göz açmışam. Ailədə 6 uşaq olmuşuq (5 qardaşın bir bacısı olmuşam). Ədəbiyyat müəllimim Əməkdar müəllim Heydər Eyvazov olub. Taleyə bax ki, o da 57 yaşında “Əməkdar müəllim” fəxri adına layiq görülüb, mən də. Bu gün də mən onu öz idealım sayıram. Mən hər an onu yanımda hiss edirəm. Hətta ona “Şagirdin olmuşam” adlı şeir də həsr etmişəm. Belə bir kəlam var, deyirlər, o kəs yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər. Bu mənada mən xoşbəxt insanam.

– Repetitorluqla məşğul olmaq yaxşı haldırmı?

– Mən repetitorluqla məşğul olmuram. Yalnız onu deyə bilərəm ki, müəllim ona ayrılan dərs saatını səmərəli şəkildə istifadə etməklə bu kimi məsələlərin öhdəsindən gələ bilər. Bu işlə məşğul olanlara isə səbir diləyirəm.

-Müəllimlikdən bezən vaxtlarınız olub?

– Mən bezmək deməzdim, amma etiraf edim ki, bəzən müəyyən problemlər yarananda həvəsdən düşdüyüm anlar olub. Hətta bununla bağlı “Heyif” şeirini də yazmışam. Lakin yenə deyirəm ki, bu ömrü bir də yenidən başlasaydım, müəllim peşəsini əsla başqa peşəyə dəyişməzdim. Müəllimlik mənim amalım, həyatımdır. Ulu öndər Heydər Əliyev: “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deyib. Ulu öndər ölkəmizdə ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul edib. Bir də adını unutduğum söz adamlarından biri deyib ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz peşələrini dəyişə bilmirlər. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Düşünürəm ki, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaq.

– Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə də sizin fikirlərinizi bilmək maraqlıdır…

– Ölkəmizin Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğı göz qabağındadır (Yeri gəlmişkən, elə bizim məktəbdə də ötən il təmir və yenidənqurma işləri aparılıb). Təhsil nazirimiz Mikayıl Cabbarovun təhsil sahəsində götürdüyü kurs da ümidvericidir. Bir pedaqoq kimi mən də bu kursun davamlı olması yolunda əlimdən gələn köməyi əsirgəməyəcəyəm.

– Müəllim kimi bu səviyyəyə çatmağınızda kimlərə minnətdarsınız?

– Bütün uğurlarıma görə hazırda çalışdığım kollektivə minnətdaram. Məhz bu kollektiv həmişə mənə dayaq olub.

– Müsahibəmizin sonunda axırıncı sualla sağollaşmaq istərdim. Bu dünya Tamilla müəllimə üçün nədir?

– Dünyamı bir rəngdə görmək istədim, çox rəngdə itməmək üçüm. Arzulardan don biçdim, başqalarından fərqlənməmək üçün. Qaranlığı səhərə çağırdım, insanlarla görüşmək üçün. Sözə güzəşt etdim, qəlblər sındırmamaq üçün. Qələmi yerində işlətməyə çalışdım, dili çətinliyə salmamaq üçün. Sözü qabaqlamaq istədim, sonra əziyyət çəkməmək üçün. Sözə qiymət vermək istədim, can getsə, sözün qalması üçün. Haqqı nahaqqa qurban verdim, bir məzlumun göz yaşlarına mərhəmət etmək üçün. İndi öz-özümü səsləyirəm, özümlə danışmaq üçün. Mənim qəbul etdiyim və başa düşə bildiyim dünyam bu dünyadır.QVAMI MƏHƏBBƏTOĞLU