İncəsənət məktəbində şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib

79

Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Mingəçevir şəhər şəhid F.Qasımov adına uşaq incəsənət məktəbində  şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Daha sonra məktəbin direktoru Lalə Əliyeva çıxış edərək balaca fidanları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə ilə təbrik edib. Bu günkü   tədbirin məhz onlar üçün   xüsusi diqqət, sevgi və həssaslıqla hazırlandığını bildirib: “Biz haqq savaşında qalib gəlmiş xalqıq. Ali Baş Komandanımızın uğurlu siyasəti, müzəffər Ordumuzun şücaəti sayəsində, şəhid və qazilərimizin canı-qanı bahasına ərazi bütövlüyümüz bərpa olunub.  Biz ömrümüzün sonuna kimi şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Məktəbin müəllimlərinin hazırladıqları bir-birindən maraqlı şən oyunlar, əyləncəli proqramlar balaca fidanlarda xoş anlar yaşadıb. Tədbirin sonunda onlar Şaxta babanın hədiyyələri ilə seviniblər.

Esmira Hidayətova, Mingəçevir