ABŞ-da Vaşinqton meri Muriel Bauzer qonşu ştatlar – Merilənd və Virciniyanın qubernatorları ilə birgə bəyannamədə amerikalıları Co Baydenin inauqurasiyasına gəlməməyə çağırıblar. Mərasimin onlayn keçirilməsi təklif olunub.
“Yanvarın 20-də hakimiyyətin ötürülməsi olacaq. Federal hökumətdəki tərəfdaşlarımızla birlikdə paytaxt bölgəsində təhlükəsizliyi təmin edəcəyik”, – deyə Vaşinqton meri bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp növbəti prezidentin 20 yanvarda keçiriləcək inauqurasiya mərasiminin təhlükəsizliyi üçün merin istəyindən sonra Vaşinqtonda fövqəladə vəziyyət elan edib.