İlk yarışa start verilib

0
423

Bu gün Bakı-2015 I Avropa Oyunlarına start verilib. Yarış sinxron üzgüçülərin mübarizəsi ilə başlayıb.

Belə ki, saat 09:00-da Bakı Su İdmanı Mərkəzində duetlərin yarışına start verilib. Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşüblər.

Mərkəzin hovuzunda 20 duet mübarizə aparır. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olub. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək.

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, hələlik 9-cu yerdə qərarlaşıblar.

İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here