İlk Yardım Günündə ilk yardımdan söz açdı

0
493

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər Bölməsi 13 sentyabr – Ümumdünya İlk Yardım Günü ilə bağlı bu gün Mingəçevir şəhər “Uşaq və ailələrə” Dəstək Mərkəzində ilk yardım təlimi keçirib. Təlimdə mərkəzin uşaq, müəllim və valideyn kollektivi iştirak ediblər. Bölmənin təlimatçısı Könül Ahəngari iştirakçılara ilk yardım nədir, kimlər ilk yardım göstərə bilər, ilk yardımın insan həyatına təsiri haqqında geniş məlumat verib. Təlimatçı iştirakçılara baş vermiş hər hansı bir qəza, fövqəladə hal və s. bu kimi vəziyyətlərdə insanlara nə cür yardımlar etməyin mümkünlüyünü izah edərək, praktiki hərəkətlərlə təlimi interaktiv şəkildə tamamlayıb.

e3

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, iştirak edənlərə İlk yardımla bağlı bukletlər paylanılıb.
Esmira Hidayətova