“İlin qızıl şagirdi”

206

 

Mingəçevirdəki Texniki-humanitar liseyin 5-ci sinif şagirdi Hüseyn Əhmədli Lütfi Zadə adına məntiq olimpiadasında Riyaziyyat / Məntiq bölməsində  Respublika üzrə rəqiblərini geridə qoyaraq “Qızıl medal” qazanmışdır. Qeyd edək ki, bu region üzrə ən yüksək nailiyyətdir.

Texniki-humanitar liseydə ən çox uğur qazanan şagird kimi Hüseyn Əhmədli “İlin Qızıl Şagirdi” adına layiq görülmüşdür.

H.Əhmədlini, eləcə də liseyin direktoru Nailə Məmmədova olmaqla bütün müəllim kollektivini təbrik edirik. Uğurlarının davamlı olmasını diləyirik.

Esmira Hidayətova, Mingəçevir