“İlin parlayan ulduz hakimi” – Əliyar Ağayev

499

Avropada ilin ən yaxşı hakimləri bəlli olub. İngiltərəli Mark Klattenburq 110 xalla qitənin ən yaxşısı seçilib.Polşalı Şimon Marçinyak 86 xalla 2-ci olub. 70 xal toplayan sloveniyalı Damir Skomina 3-cü yeri tutub.Bu ildən etibarən hakimlərlə bağlı yeni mükafat da təsis olunub. 2016-cı il ərzində ən böyük inkişafa nail olan Avropa referisi üçün müəyyənləşdirilən “İlin parlayan ulduz hakimi” adının da sahibi bəlli olub. Azərbaycan hakimi Əliyar Ağayev bu mükafatın qalibi olub. 29 yaşlı hakim 2016-cı ildəki irəliləyiş üçün bu ada layiq görülüb. O, son bir ildəki inkişafına görə Avropada ən yaxşı hesab edilib.