İlham Əliyev Vladimir Putinə başsağlığı verib

386

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir: “Hörmətli Vladimir Vladimiroviç.

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Rusiya səhiyyə naziri Veronika Skvortsova partlayış nəticəsində 10 nəfərin öldüyünü və 47 nəfərin yaralandığını bildirib.