İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq

43

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində azərbaycanlıların Laçın şəhərinə qayıdışı ilə bağlı paylaşım edib. Birinci vitse-prezident Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı tvitini paylaşaraq qeyd edib: “Qarabağ Azərbaycandır!!!”.