İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib

0
276

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının dövlət başçısı Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

Məktubda deyilir:
“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”