“İlan Sultan” festivalda iştirak edəcək

534

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. İki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən səhnə əsərinin quruluşunu İrandan dəvət edilmiş rejissor Xeyrullah Təğiyanipur verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir. Tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa ediblər. Qeyd edək ki, ki, Lənkəran Dövlət Dram Teatrı yanvar ayında İranda keçiriləcək beynəlxalq Fəcr festivalında iştirak edəcək. Teatr “İlan Sultan” tamaşası ilə azərbaycanlıların yaşadığı Təbriz, Urmiya, Ərdəbil şəhərlərində də çıxış edəcək.