Mingəçevirdə ölkənin İKT sahəsində çalışan qadınlar klubu “Femmes Digitales”in təşkil etdiyi 5-ci regional tədbir keçirilib.
İnnovasiyalar Agentliyi, Təhsil Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçıları RİİB (Regionali İnkişaf İctimai Birliyi), B.EST Solution, Fominov Consulting, STEP İT Akademiya, Сybernet, MONT, Keepface, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti HiTecH İnvest, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakinity Distribution olub.

Tədbirdə Mingəçevir və ətraf rayonlardan 70-ə yaxın
məktəbli qız iştirak edib. İlkin mərhələdə onlara startap, startapın mərhələ və
reallaşdırılması, ideyaların seçilməsi və texnologiyaların köməkiyi ilə
reallaşdırılması üzrə treninq keçirilib. Tədbirin növbəti mərhələsində
məktəblilər üçün “Workshop” və müsabiqə də baş tutub.
Qeyd edək ki, “FEMMES DIGITALES” İT qadın klubu 2014-cü ildə İT sahəsində
çalışan qadınlar arasında şəbəkə qurmaq və bu sahədə çalışmaq istəyən qadınlara
dəstək və təhsil vermək məqsədi ilə yaradılıb.
Esmira Hidayətova, Mingəçevir