İkinci dövrə başa çatdı

353

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrə başa çatdı. XIV turdan sonra 32 xal toplayan “Qarabağ” ili birinci pillədə yekunlaşdırıb. “Qəbələ” 31 xalla ikinci, Bakının “İnter” klubu isə 25 xalla üçüncü yerdə qərarlaşıb. Sumqayıtın eyniadlı təmsilçisi 17 xalla dördüncü, “Kəpəz” 15 xalla beşinci pillədə yer alıb. Hesabında 15 xal olan “Zirə” isə bir pillə geriləyərək 6-cı olub. “Neftçi” 9 xalla yeddinci, AZAL 8 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Premyer Liqada qış fasiləsi başlayıb. XV turun matçları isə 2017-ci ilin yanvarın 28-də oynanılacaq.