“III Riçard” – yeni ilin ilk premyerası

393

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni – 2015-ci ilin ilk premyerasını təqdim etməyə hazırlaşır.

Görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun “III Riçard” tamaşasını yanvar ayının 25-də geniş tamaşaçı auditoriyası və respublika teatr ictimaiyyəti üçün nümayiş etdirəcək.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan “III Riçard” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları Xalq Artisti Ağaxan Salmanlı, Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.