II Yelizaveta taxtdan imtina edir

0
411

Böyük Britaniya kraliçası II Yelizaveta taxtdan imtina edir. II Yelizaveta taxtdan oğlu Uels şahzadəsi Çarlzın xeyrinə bu addımı atacaq.

“Mirror” qəzeti kral sarayındakı mənbələrinə istinadən xəbər verir ki, 92 yaşlı kraliça 95 yaşında taxdan gedəcək. Qəzet artıq bununla bağlı hazırlığın da başladığını yazıb.

Qeyd edək ki, II Yelizaveta taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci kraliçasıdır. Modern.az