İdman klubuna şəhidin adı verilib

91

 

Mingəçevirdə fəaliyyət göstərən “Sağlamlıq İdman klubu”na şəhid Atıq İbrahimovun adı verilib. 44 günlük vətən müharibəsinin şəhidi Atiq Ariz oğlu  İbrahimov hələ uşaqlıq illərindən idmana həvəsi olub və bu klubun yetirməsi idi.

Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, ruhları bir dəqiqlik sükutla yad edilib. Daha sonra karate üzrə qara kəmər ustası, ömrünün 30 ilini  mingəçevirli yeniyetmə və gənclərin idman həyatına həsr etmiş Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Mingəçevir şəhər şöbəsinin sədri, kinq-boksinq üzrə məşqçi və hakim, Mingəçevir Tayçszi-Çsyuan idman sağlamlıq klubunun məşqçi müəllimi Mehman Məlikov şəhidin atası Ariz İbrahimova və tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək qeyd edib ki, bu klubda Atiq kimi idmançılar yetişib ,bu gün onların bu sücaəti bizim gələcək idmançı övladlarımıza bir örnəkdir. Qeyd edib ki, şəhidlik bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Biz onları unutmamalıyıq. Şəhidin atası Ariz İbrahimov bu dəstəyə görə öz minnətdarlığını bildirib, klubun fəaliyyətinə xeyir duasını verib.

Sonda naliyyəti olan idmançılara hədiyyələr və şəhidin üstündə şəkili olan köynəklər verilib.

Qeyd edək ki, şəhid Atiq İbrahimov Atiq İbrahimov pulemyotçu olub. O, Ballıqayadan Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə torpaqlarımız uğrunda döyüşüb,  Müharibədə göstərdiyi şücaətlərə görə 3 medalla təltif olunub. Oktyabr ayının 16-da qəhrəmancasına şəhid olub.

Esmira Hidayətova, Mingəçevir