“İda” qasırğası 22 nəfərin ölümünə səbəb olub

41

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında “İda” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb. Belə ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Qeyd edək ki, qasırğa bir neçə gündür ölkə ərazisində tüğyan edir. Hazırda bəzi ştatlarda fövqəladə vəziyyət elan olunub.