İctimai Şuraya kimlər seçildi?

259

 

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib.  Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb.

Səssaymadan sonra nəticələr elan olunub:

Seçki Komissiyasının qərarı ilə aşağıdakılar Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuranın üzvləri elan ediliblər:

  1. Məlikov Mehman Turac oğlu
  2. Kərimov Əliqismət Ələkbər oğlu
  3. Həsənli İxtiyar Abbas oğlu
  4. Cəfərov Oktay İsa oğlu
  5. Həsənov Natiq Nəriman oğlu
  6. Səfərov Sübhan Ədil oğlu
  7. Sirinli İnqilab Xosrov oğlu.

Esmira Hidayətova, Mingəçevir.