İctimai Birlik layihə həyata keçirir

0
452

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mingəçevir şəhərində gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi.
Layihənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirmək, vətənpərvər vətəndaş tərbiyə etmək, mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən gənc kimi formalaşdırmaqdır.
• Gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi, vətənpərvər vətəndaş tərbiyə etmək;
• Bu gənclərin yetişdirilməsində ailələrin, birliklərin, yerli idarəetmə orqanlarının, gənclər təşkilatlarının və ümumilikcə bütünlüklə cəmiyyətin bir vahid mexanizm kimi işləməsinə nail olmaq;
• Vətənpərvər bir nəslin yetişməsində nail olmaq üçün işləmə mexanizmi hazırlamaq;
• Ailələrin bu yöndə gənclərə dəstək olmağa və gənclərin bu yöndə inkişafında valideynlərinin rolunun artırılmasına nail olmaq;

Layihə çərçivəsində aşağıdakı işlər həyata keciriləcək:
• Mingəcevir şəhərində “ Bayraq mənliyimdir, bayraq kimliyim!” adı altında kütləvi aksiyaların təşkil edilməsi. Burada Mingəcevir şəhərində gənclərin iştirakı ilə xüsusi geyimdə (papaq və köynək) vətənpərvərlik mövzusunda geniş kütləvi aksiyalar keçiriləcəkdir.
• Gənclər üçün vətənpərvərlik mövzusunda seminar-intelektual oyunların təşkili. Bir neçə mövzuda – “Niyə vətənpərvər olmalıyıq?”, “Vətənimi sevirəm”, “Qan yaddaşımız” adlı seminarlar təşkil olunacaq, gənclərə tariximiz, qəhramanlarımız, müasir Azərbaycan gənci necə olmalıdır və digər vətənpərvərlik mövzusunda seminarlar keçiriləcəkdir. Seminarlarda gənclər üçün intelektual oyunlar təşkil olunacaq və ən yaxşı iştirakçılar seçilərək hədiyyələrlə mükafatlandırılacaqlar.