İctimai Birlik 11 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərib

170

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi 11 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərib. Ərzaq yardımı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunan “COVID-19 pandemiyasından əziyyət çəkən imkansız ailələrə dəstək” layihəsi çərçivəsində göstərilib.

Təşkilatın sədri Füzuli Əsədovun  sözlərinə görə, layihənin əsas məqsədi COVID-19 pandemiyasından zərər çəkən 11 imkansız ailəyə ərzaq yardımı etməkdir: “Ölkəmizdə pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi respublikamızda pandemiyanın itkilərini minimuma endirməyə imkan verib. Dövlət başçımızın tapşırığı ilə pandemiyanın bütün sahələrə zərərlərinin azaldılması, əhalinin aztəminatlı hissəsinin dəstəklənməsi üçün addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da pandemiyadan zərər çəkən ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlərə öz töhfəsini verib. Onu da deyim ki, təşkilata daxil olan müraciətlər əsasında ərazidə yaşayan koronavirus pandemiyasından zərər çəkən imkansız ailələrin siyahısı da müəyyənləşdirilib”.

Esmira Hidayətova, Mingəçevir