Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Mingəçevir şəhərində də diqqət mərkəzində saxlanılır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Vətən Müharibəsi qazilərini evlərində ziyarət etməsi bunun əyani sübutudur.
Döyüşdə yaralanan qazilərlə səmimi söhbəti zamanı başçı onların vəziyyətləri ilə tanış olub. Ziyarət zamanı qazilər öz şərəfli döyüş yollarından danışıblar. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə qazilərimizi təbrik edən icra başçısı qazilərin və onların ailələrinin problemləri ilə maraqlanıb. Şəhid ailələri və qazilərimiz Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. Başçı qazilərə Allahdan şəfa diləyib və onların tezliklə şəfa tapmalarını arzulayıb. Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, həmçinin başçıya minnətdarlıqlarını ifadə ediblər.
Esmira Hidayətova, Mingəçevir