İcra başçısı  üçəm dünyaya gətirən ana ilə görüşüb

672

Xəbər verdiyimiz kimi, dünən əslən Kəlbəcərdən olan 30 yaşlı Fəxriyyə Mamedova Mingəçevir Xəstəxanasının döğum evində 3 qız uşağı dünyaya gətirib. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov ana ilə görüşüb. Görüş zamanı başçı gənc ananı bu münasibətlə təbrik edib, ona can sağlığı, xoşbəxtlik arzulayıb. Bildirib ki, anaya və uşaqlara baxmaq üçün tibb bacıları ayrılacaq. Eyni zamanda anaya və körpələrə gül dəstəsi və hədiyyələr təqdim edib.

İcra başçısı bildirib ki, anaya və uşaqlara baxmaq üçün tibb bacıları ayrılacaq

 

Ana və uşaqlar özlərini normal hiss edirlər.
Ana və uşaqlar özlərini normal hiss edirlər.
Sevincimin həddi-hüdudu yoxdur”

 

Üçəmlərin nənəsi Şövkət xanım sevincini bizimlə bölüşüb. Şövkət xanım ölkə rəhbərliyinə olan sonsuz sevgisini nəvələrinə qoyduğu Mehriban, Leyla və Arzu adları ilə ifadə etdiyini bildirib: “Sevincimin həddi-hüdudu yoxdur. Artıq 4 qız nəvəm var. Allahdan bircə arzum odur ki, bu uşaqları sağlam böyüdə bilək”.

Esmira Hidayətova, Mingəçevir