İcra başçısı qadınları təbrik edib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhərin fəal qadınlarını təbrik edib. Bu münasibətlə H.Əliyev Mərkəzində  düzənlənən musiqili -əyləncəli  tədbirdə çıxış edən başçı qadınlara can sağlığı, ailə səadəti və işlərində müvəfəqiyyətlər arzulayıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. İcra başçısı gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkürəsinə bağlılıq ruhunda tərbiyəsi işində qadınların xüsusi rolundan danışıb.
Daha sonra tədbirdə şəhərin fəal qadınları çıxış edərək şəhərdə aparılan quruculuq və abadlıq işlərinə münasibət bildiriblər. Onlar həmçinin şəhər rəhbərliyinin qadınlara göstərilən diqqət və qayğısından söz açıblar.


İcra hakimiyyəti tərəfindən şəhərin ictimai-siyasi həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə bir qrup qadına fəxri fərman və gül dəstəsi təqdim edilib.

Şəhərin mədəniyyət işçilərinin  və Uşaq Gənclər İnkişaf Mərkəzinin “Sevinc”rəqs qrupunun şən musiqiləri tədbirə rəngarənglik qatıb.

Esmira Hidayəova, Mingəçevir