İcra başçısı:” Mingəçevirin iki əsas problemi var”

0
647

Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında sakinlərlə səyyar görüşlər keçirilir. Mingəçevirdə də mütəmadi olaraq belə görüşlər keçirilir, sakinlər dinlənilir, qaldırılan problemlər araşdırılır və həlli istiqamətində addımlar atılır.

Növbəi belə səyyar görüş Mingəçevirin 12 saylı məktəbinin akt zalında baş utub.  Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərilən xidmətlər, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr barədə icra başçısı İlham İsmayılov məlumat verib. Şəhər rəhbəri son illər respublikamızda, eləcə də Mingəçevirdə  geniş vüsət alan abadlıq-quruculuq işlərindən, işsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətini qeyd edən İlham İsmayılov  bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulayıb.

Eyni zamanda icra başçısı şəhərin ən əsas iki qlobal problemi olduğunu da diqqətə çatdırıb. Bildirib ki, şəhər sakinlərini daha çox narahat edən problem binaların istilik sistemi ilə balıdır, digəri isə yaşıllıqların suvarılması problemidir. Hər iki problemlə bağlı məsələ qaldırılıb. Başçı onu da diqqətə çatdırıb ki, ötən görüşlərdə ən çox qaldırılan məsələlərdən biri də küçə və məhəllələrin işıqlandırılması problemidir. Bu günə qədər Mingəçevirdə 15 küçə və məhəllə işıqlandırılıb. Bu işlər öz axarı ilə davam etdiriləcək.

Görüşdə şəhər sakini Fazil Niftəliyev çıxış edərək şəhərdə aparılan işlərə görə minnədarlıq bildirib. Qeyd edib ki, bu kimi görüşlərin böyük əhəmiyyəti olub. Problemlərimiz öyrənilir və hər bir problemə həssasıqla yanaşılır. Dİgər çıxış edən sakinlər də onları narahat edən problemlərdən söz açıblar. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən İlham İsmayılov  səslənən hər bir məsələyə həmişə olduğu kimi həssaslıqla yanaşılacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir