İcra başçısı M.Maqomayev 77 saylı binanın sakinləri ilə görüşüb

79

Şəhərin  müxtəlif ərazilərində  keçirilən səyyar görüşlər  çərşivəsində icra başçısı İlham İsmayılov bu gün  şəhərin M.Maqomayev 77 saylı  binanın, eləcə də ətraf binaların sakinləri ilə görüşüb.

Sakinlər şəhər ərazisində, aparılan abadlıq-quruculuq işlərinin gedişindən, qaldırdıqları problemlərə operativ reaksiya göstərilməsindən razılıq etdlər. Onlar  bildirdiriblər ki, şəhər  sakinləri  kimi şəhərin abdlaşdırılması, gözəlləşməsi yönündə hökümət tərəfindən  aparılan bütün tədbirləri alqışlayırlar. Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən şəhər sakinləri şəhərin ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələlərin həlli ilə bağlı ŞİH başçısına müraciətlər ediblər.


Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində şəhər  rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Esmira Hidayətova, Mingəçevir