İcra başçısı mətbuat nümayəndələrini təbrik edib

0
548

Bu  gün Azərbaycan mətbuatının yaranmasının  145 illiyi ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov   Zoom proqramı vasitəsilə yerli mətbuat nümayəndələri ilə video bağlantı yaradıb.  Görüşü giriş sözü ilə açan  icra başçısı İlham İsmayılov  jurnalistləri salamlayaraq, bildirib ki, bu il artıq 145 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Vurğulanıb ki,  jurnalistlərin yaxın dostu, ölkə başçısı cənab İlham Əliyev hər zaman Azərbaycanda mətbuatın inkişafına diqqətlə yanaşmışdır: “Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə qorunur, medianın sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı dünyaya gözəl nümunədir”.

Daha sonrar söz yerli mətbuatın nümayəndələri  “Mingəçevir “ qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov,“Mingəçevir işıqları”onlayn qəzetin baş redaktoru Fərman Nəbiyev, ”yeniavaz” və “alpaninfo” saytlarının əməkdaşı Esmira Hidayətova, ”Kanal 32” informasiya agantliyinin redaktoru İnqilab Şirinbəyliyə və digər mətbuat orqanlarının əməkdaşları öz fikirlərini bölüşüblər. Eləcə də onlar bəzi problemlərlə bağlı sualları icra başçısına ünvanlayıblar.

Esmira Hidayətova, Mingəçevir