İcra başçısı: “Hər kəs əmin ola bilər ki…”

119

Vətəndaşlarla görüşlərin səmərəli forması olan səyyar-görüşlərin keçirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən davam etdirilir. Növbəti belə görüş şəhərin Az.Dres  qəsəbəsi Naxçıvan 46 ünvanında olub.  Vətəndaşlarla birbaşa dialoq quran icra başçısı  əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərə Allahdan rəhmət diləyib, Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə müharibə cinayətlərini pisləyib.

Daha sonra o deyib ki, Cənab Prezidentin göstərişinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması üçün məmurlar yerli insanların qayğı və problemlərini diqqətlə öyrənməli, həssas yanaşmalı və həlli üçün vətəndaşın iştirakı ilə məsələ həllini tapmalıdır: “Bu səyyar görüşlər məhz bu məqsəddən irəli gəlir. Hər kəs əmin ola bilər ki, qaldırılan bütün məsələlər şəxsi nəzarətimdədir. Qayğı və problemlərin həlli üçün yerli icra hakimiyyəti indiyədək həyata keçirdiyi məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirəcək”.

Çıxışlarda sakinlər əsasən bir sıra problemləri dilə gətiriblər. İcra başçısı  icra haikiimiyyətinin səlahiyyətlərinə aid olan problemlərin çözüləcəyini, digər problemlələ bağlı isə aidiyyəti qurumlara rəsmi müraciət olunacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir