İCAN “Nobel Sülh Mükafatı”na layiq görülüb

0
326

2017-ci il üçün “Nobel Sülh Mükafatı”na Nüvə Silahlarının Qadağan Edilməsi Beynəlxalq Kompaniyası (İCAN) layiq görülüb.

Bunu oktyabrın 6-da Osloda Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen elan edib. Komitə sədrinin sözlərinə əsasən, İCAN bu mükafata nüvə silahının istifadəsinin fəlakətli nəticələrinə diqqət yetirməklə bağlı səylərinə və nüvə silahının qadağan olunması ilə əlaqədar fəaliyyətinə görə layiq görülüb.

İCAN 2007-ci ildə Avstraliyada yaradılmış 101 ölkənin 468 qeyri-hökumət təşkilatını birləşdirən qlobal koalisiyadır.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimləri həmişə eyni gündə, mükafatların banisinin vəfat etdiyi gün – dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. Builki Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu (1,1 milyon dollar) təşkil edir.