I qrup üzrə keçid balları artırılan ixtisasların adları açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlərinə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, komissiya Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində I qrupun 6 ixtisası üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib. Bunlara Geologiya-300 bal, Kompyuter elmləri-300 bal, Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal, İnşaat mühəndisliyi-250 bal və Nəqliyyat tikintisi mühəndisliyi-250 bal daxildir.