Husilər atəşkəsi qəbul etdi

639
Yəməndə husilər humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib. Atəşkəs 2 gündən sonra qüvvəyə minəcək.
Qrupun bəyanatı Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib.

Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib. Mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb.

ABŞ dövlət katibi hutilərin tərəfdarlarını atəşkəsi qəbul etməyə çağırıb.

 

Ərəblərin F-16-sı itib

Səudiyyə Ərəbistanın rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar zamanı Mərakeşə aid F-16 qırıcısı itkin düşüb. Mərakeş hərbi hava donanması qırıcı təyyarənin itməsi barədə xəbəri təsdiq edib. Hadisə barədə ətraflı məlumat verilməsə də mövzu ilə əlaqədar araşdırmaların davam etdiyi bildirilir.

Xatırladaq ki, Yəmən prezidentinin dəvəti ilə martın 26-da koalisiya qüvvələri ölkədəki hərbi vəziyyətə müdaxilə ediblər.

Ötən gün isə Yəməndə mayın 12-də qüvvəyə minmək üzrə 5 günlük atəşkəs elan olunub.

İran Yəmənə yönlənən aviazərbələri soyqırımı adlandırdı

Bu günə kimi aviazərbələr nəticəsində minlərlə dinc sakin həlak olub. İran Səudiyyə Ərəbistanı başçılığı ilə koalisiya qüvvələrinin Yəməndə apardıqları əməliyyatı genosid olaraq qiymətləndirir. Sinxua agentliyindən bildiriblər ki, bu barədə İran xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfxam bildirib. “Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bu cür fəaliyyəti genosiddir və beynəlxalq konvensiyaya tərs mütənasibdir”- deyə xanım Əfxam bildirib. Xanım Əfxam Yəmənə qarşı aviazərbələrin dayanması üçün BMT-ni aktiv müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, hazırda Yəmənin böyük hissəsini nəzarətində saxlayan husilərlə Səudiyyə Ərəbistanı arasında atəşkəs razılaşması əldə olunub. 5 günlük atəşkəs çərşənbə axşamı qüvvəyə minəcək.