“Hüquqi müstəvidə lazım olan addımlar atılacaq”

443

“Qarabağa edilən səfərlə bağlı Türkiyə XİN və Ədliyyə Nazirliyinin müvafiq bəyənatla çıxış edib. Bu səfəri bir qrup Türkiyə vətəndaşı rəsmi qurumları xəbərdar etmədən şəxsi təşəbbüsləri ilə həyata keçiriblər. Dövlətimiz bunu qətiyyətlə pisləyir və qınayır. Səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”. Bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bir qrup Türkiyə vətəndaşının Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə məsələyə münasibət bildiərkən deyib. Səfir qeyd edib ki, barələrində cinayət işi açılan şəxslərin Azərbaycana təhvil verilməsi hüquqi prosesdir. “Öncə Azərbaycan tərəfinin tələbinin Türkiyənin müvafiq orqanlarına çatdırılması lazımdır. Bundan sonra məsələ dəyərləndiriləcək. Hüquqi müstəvidə lazım olan addımlar atılacaq”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı – Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.Modern.az