“Hüquq və İnkişaf” İctimai Birliyi növbəti təlim keçirib

634

Bu gün “Hüquq və İnkişaf” İctimai Birliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qeyri-hökumət təşkilatlarına aid qanunvericiliyə edilən dəyişikliklərlə bağlı qeyri-hökumət təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində Mingəçevir Gənclər Evində növbəti təlim keçirib.
Təlimin məqsədi qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə sonuncu dəyişikliklərlə bağlı yeli qeyri-hökumət təşkilatları təmsilçilərinin, ictimai-fəal gənclərin, o cümlədən media təmsilçilərinin məlumatlandırılmasından ibarət olub.
Tədbirdə “Qeyri-hökmət təşkilatların haqqında edilmiş əlavələr və dəyişikliliklər” və “Qeyri-hökumət təşkiltlarının hüquqi öhdəlikləri və sanksiyalar” mövzularında Birliyin təmsilçiləri Hafiz Həsənov və Azər Qasımov çıxış ediblər.
Hər iki məruzədən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.
Tədbirin keçirilməsinə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Gənclər və İdman İdarəsi, habelə Mingəçevir Gənclər evi, Mingəçevir Regional Debat Mərkəzi tərəfindən dəstək verilib.
Esmira Hidayətova