Hulusi Akar: Azərbaycanlı qardaşlarımızla bundan sonra da… bir yerdə olacağıq

75

Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyatda qalmaq mübarizəsi aparan əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qala bildilər.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış faciəsinin 107-ci ildönümü ilə əlaqədar Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsində təşkil olunan mərasimdə çıxışı zamanı ifadə edib.

Bütün sahələrdə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycana bundan sonra da dəstək veriləcəyini xatırladan nazir Hulusi Akar deyib: “Tarixdə baş verən fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “İki dövlət, bir millət” anlayışı ilə kədərdə də, sevincdə də bir yerdə olacağıq”.