Koronavirusla mübarizə tədbirlərinə qoşulan Türk Qızıl Ay və Azərbaycan Qızıl Aypara cəmiyyəti Mingəçevir bölməsi şəhərdə əhalinin sıx gediş-gəlişi olan yerlərdə aksiya keçirib. Aksiyada əhaliyə tibbi maskalar, tibbi spirt və tibbi əlcəklər paylanılıb. Həmçinin əhali ilə marifləndirici söhbətlər aparılıb. Bildirilib ki, vəziyyət kifayət qədər ciddidir, gücümüzü bir yerə qoymalıyıq, hökumətin gördüyü tədbirlərə dəstək verməliyik. Əks halda, fəlakətdən heç birimiz qaçıb qurtara bilməyəcəyik.
Esmira Hidayətova, Mingəçevir