Heyvanların maraqlı xüsusiyyətləri

5274
Heyvanların bildiklərimizdən əlavə, bilmədiklərimiz bir çox maraqlı xüsusiyyətləri də var. Bunlardan bir neçəsini təqdim edirik:
– Dünyanın ən tənbəl heyvanları gündə 20 saat yatan koalalardır.

– Kral pinqvinləri suyun 535 metr dərinliyinə enə bilirlər.

– Bir dəvə 15 dəqiqədə 200 litr su içə bilir.

– Siçanlar qaytara (qusa) bilmirlər. Buna görə də siçan zəhəri onları asanlıqla öldürə bilir.

– Zürafə qulaqlarını dili ilə təmizləyir. Bu heyvanın səs telləri yoxdur.

– Qoxu alma və eşitmə duyğuları yaxşı inkişaf etmiş olan köpək balıqları qan qoxusunu 3 km uzaqdan ala bilirlər.

– Dəvə quşu heyvanlar aləmində ən sürətli qaçan ikiayaqlı heyvandır. Çünki o 1 saatda təxminən 70 kilometrlik bir sürətlə qaçır.

– Atlar ayaqda yatırlar. Yatarkən heç vaxt yerə əyilməzlər.

– İnsanları barmaq izindən, itləri isə burun izindən tapmaq olar.

– Panda balaları yeni doğulduqları zaman kor və dişsiz olurlar. Çox tez böyüyən körpə balalar doğulduqları zaman analarından 800 dəfə kiçik olurlar.

– Bir kilo bal əldə edə bilmək üçün 40 min arının 6 milyon çiçəyi gəzib şirə toplaması lazımdır.

– Suitilər dərilərinin altında olan qalın yağ qatı sayəsində soyuqdan qorunurlar.

– Qarışqa su altında 14 gün yaşaya bilir.

– Saniyənin yüzdə biri qədər bir müddət ərzində 100 km sürətə çatan bilən birə, güllədən daha sürətlidir. Havada olduğu zaman isə bir saniyədə yetmiş cür hərəkət edir və hər dəfə də altı ayağının üzərinə düşür.

– Ayılar qış yuxusunda çəkilərinin 25 faizini itirirlər.

– Bir buz qəlibi içində üç həftə dondurularaq saxlanılan əqrəb buz əriyəndə heç bir şey olmamış kimi normal halına, həyatına davam edə bilir. Bir il boyunca aclığa və susuzluğa dözə bilən əqrəblər qopan orqanlarını da yenidən bərpa edirlər.