Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və müstəqil Azərbaycan

101

Mingəçevir Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” adlı konfrans keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin (MDU), Turizm Kollecinin və Tibb Kollecinin tələbələri iştirak ediblər.

Konfransdan öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğının  xüsusi yer tutduğunu vurğulayıb. Bildirib  ki, Ümummilli Lider bilirdi  ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır: ”Dahi şəxsiyyət  respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların  himayədarı kimi çıxış etdi. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə gündən –gündə artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.  Düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olması  Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir”.

Kamal Nəcəfli vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir.

Tədbirdə iştirak edən gənclər onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir