Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş olmayacaq. Bunu mətbuata verdiyi açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib. O iddia edib ki, münaqişənin həlli ancaq Dağlıq Qarabağın həmişəlik “itirilməsini” Azərbaycanın başa düşməsindən sonra mümkün olacaq: “Əgər Azərbaycan Dağlıq Qarabağ iddiasını davam etdirməkdən əl çəkməsə, onda problemin həllindən danışmağa dəyməyəcək. Biz boş-boşuna heç kimlə münaqişənin həlli barədə razılığa gəlməyəcəyik. Heç bir ölkə də Ermənistanı ərazi güzəştinə getməyə məcbur edə bilməz”.
Son xəbərlər
Qıdı kirvə demiş, ara, bu gada dalidi, nadi?
Tarixdə bir çox ağıldankəm hökmdarlar olub. Əslində, dövləti onlar deyil, ən yaxın adamlarından biri idarə edib. Ermənistanın baş naziri Nikol Vovayeviç isə daha orijinal...