“Hazırkı müzakirələr prezidentlərin görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”

503

“Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparmışıq. Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: “Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin “Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq”.
S. Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.
Lavrov: “Rusiya-Türkiyə münasibətlərində irəliləyiş ümumilikdə regiona müsbət təsir edəcək”
“Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.

S. Lavrov qeyd edib ki, Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək.

“Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək”, – deyə o bildirib.
APA.az