“Hazırda sanksiyaların aradan qaldırılması üçün əlimizdə hər hansı əsas yoxdur”

0
366

Avropa Birliyi (AB) sanksiyalarla bağlı Rusiyaya münasibətdə əvvəlki mövqeyini dəyişməyəcək. Məlumata görə, bunu İspaniyanın Xarici işlər naziri Alfonso Dastis deyib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması qarşı tərəfin Minsk anlaşmasının şərtlərini yerinə yetirməsindən asılıdır: “Minsk anlaşmasının yerinə yetirilməsi ilə bağlı irəliləyiş əldə ediləcəyi təqdirdə sanksiyaların aradan qaldırılması məsələsi nəzərdən keçirilə bilər. Ancaq hazırda sanksiyaların aradan qaldırılması üçün əlimizdə hər hansı əsas yoxdur”.

Alfonso Dastis ABŞ-ın yeni administrasiyası tərəfindən Rusiyaya münasibətdə yeni addımlar atılmasının gözlənilməsinə baxmayaraq, AB-nin öz mövqeyini dəyişməyəcəyini də xüsusi qeyd edib: “Bizim Rusiyaya münasibətdə dəqiq və aydın siyasətimiz formalaşıb. ABŞ-ın Rusiyaya münasibətdə hansı addımları atmasından asılı olmayaraq biz öz mövqeyimizi müdafiə edəcəyik”