Hansı ölkə daha çox medal əldə edib

0
378

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yeddi günlük gərgin idman mübarizəsindən sonra 59 ölkənin atletləri medallara sahib ola biliblər. Aktivində iki gümüş medal olan yığma komandamız bu göstərici ilə 44-cü sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. Azərbaycandan başqa, hesabında iki gümüş medal olan əlavə bir ölkə var – İndoneziya.

Hazırda Olimpiadaya hesabında 20 qızıl, 13 gümüş və 17 bürünc medal olan ABŞ liderlik edir. Çin 13 qızıl, 10 gümüş, 14 bürünc medalla ikinci, Böyük Britaniya 7 qızıl, 9 gümüş və 6 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Yaponiya (7-3-14), Koreya Respublikası (6-3-4), Almaniya (6-3-2), Rusiya (5-9-8), Fransa (5-7-5), Avstraliya (5-6-7) və Macarıstan (5-3-3) tamamlayır.