Hansı banklarda dollar dəyişmək daha sərfəlidir?

574
Mərkəzi Bankının qüvvədə olan normativ aktlarına görə, ölkə daxilində xarici valyutanın alış-satış qiyməti rəsmi məzənnədən cəmi 2% fərqlənə bilər.
 Belə ki, dünən ABŞ dollarının rəsmi məzənnəsi 1,0487 manata barabər olduğu üçün, banklar da dolları ən ucuz 1,0277 manata alıb, ən baha isə 1,07 manata sata bilərdilər. Ancaq onu da bildirək ki, ölkədə fəaliyyət göstərən bankların məzənnələri qeyd olunan rəsmi məzənnədən kənara çıxmasa da bir-birindən fərqlənir. Bəs görəsən hansı banka dollar satmaq, hansı bankdan isə dollar almaq daha sərfəlidir? Qeyd edək ki, heç bir bank dollar alarkən 1,05 manatdan yüksək qiymət təklif etmir. Banklar dollar satdıqları zamanda yenə 1,05 manatdan aşağı qiymət müəyyənləşdirmirlər. Dünən yalnız bir bank – “Unibank” dolları 1,0499 manata satıb. Ümumilikdə isə dünən ən yüksək alış qiyməti “Bank Avrasiya”ya məxsus olub. Bu bank dolları 1,0489 manata alıb. Ən aşağı qiymətə satan isə qeyd etdiyimiz kimi “Unibank” olub. Buradan belə nəticəyə gəlmək olar ki, dollar satmaq istəyənlər “Bank Avrasiya”ya,  dollar almaq istəyənlər isə “Unibank”a üz tutmalıdırlar. Bunlardan başqa dollar alarkən yüksək qiymət tətbiq edən bankların sırasında “Bank Avrasiya”dan sonra  “Azər-Türk Bank” (1$-1,0480 AZN), “Unibank” (1$-1,0470 AZN) və “Atrabank” (1$-1,0470 AZN) qərarlaşıb. Dollar satarkən aşağı qiymət tətbiq edən bankların sırasında isə “Unibank”dan sonra “Azər-Türk Bank” (1$-1,0512 AZN), “Bank Silk Vey” (1$-1,0515 AZN) və “Kapitalbank” (1$-1,0525 AZN) yer alıb. Bunlardan başqa banklar arasında ən aşağı alış qiymətini təklif edən “Muğanbank” (1$-1,0277 AZN), ən yüksək satış qiymətini təklif edən isə Pakistan Milli Bankının Bakı filalı (1$-1,0690 AZN) olub.

 

Banklar                                ALIŞ       SATIŞ

 

AFB Bank                            1.0305   1.0555

Atabank                              1.0350   1.0550

Atrabank                            1.0470   1.0540

ABB                                       1.0387   1.0542

ASB                                       1.0400   1.0650

Azər-Türk Bank                                1.0480   1.0512

Bank of Baku                     1.0300   1.0550

Bank Silk Vey                    1.0400   1.0515

Bank Standard                  1.0400   1.0535

Dəmirbank                         1.0380   1.0550

Kapitalbank                       1.0450   1.0525

Muğanbank                       1.0277   1.0530

Parabank                            1.0445   1.0529

PAŞA Bank                         1.0350   1.0550

Bank Technique                              1.0430   1.0535

Unibank                              1.0470   1.0499

Yapı Kredi Bank                                1.0408   1.0570