Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində bu gün II turun görüşləri keçiriləcək.
Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gələcək. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.
Turun proqramı:
Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin)
Maqnus Karlsen (Norveç) – David Navara (Çexiya)
Teymur Rəcəbov (Azərbaycan) – Rauf Məmmədov (Azərbaycan)
Veselin Topalov (Bolqarıstan) – Aniş Giri (Hollandiya)
Radoslav Voytaşek (Polşa) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Görüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 0,5 xal var.
No | Name | elo | pts | vict | res | SB |
---|---|---|---|---|---|---|
1 | Magnus Carlsen | 2843 | 0.5 | |||
2 | Shakhriyar Mamedyarov | 2814 | 0.5 | |||
3 | Liren Ding | 2778 | 0.5 | |||
4 | Sergey Karjakin | 2778 | 0.5 | |||
5 | Anish Giri | 2777 | 0.5 | |||
6 | Veselin Topalov | 2749 | 0.5 | |||
7 | Teimour Radjabov | 2748 | 0.5 | |||
8 | David Navara | 2745 | 0.5 | |||
9 | Radosław Wojtaszek | 2744 | 0.5 | |||
10 | Rauf Mamedov | 2704 | 0.5 |