Hacı Əliyev üçqat dünya çempionu oldu

414

Fransanın paytaxtı Parisdəki dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

61 kq çəkidə mübarizə aparan həmyerlimiz 1/16 final mərhləsində Alibek Osmonovu (Qırğızıstan) 8:0, 1/8 finalda Rinya Nakamuranı (Yaponiya) 10:1, 1/4 finalda Mikola Bolotnjuku (Slovakiya) – 10:0, yarımfinalda isə Yovlis Bonne Rodrigezi (Kuba) – 10:0 hesabı ilə məğlub edib.

Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gələrək üçqat dünya çempionu adını qazanıb.

Bununla da, Hacı Əliyev müasir Azərbaycan tarixində indiyə qədər üç dəfə dünya çempionu adını qazanan idmançı kimi tarixə düşüb.oxu.az