Həyatın davam etdiyi ən soyuq yaşayış məskəni – Oymyakon

Amerikanın Milli Qar və Buz Məlumat Mərkəzinin nümyəndələri dünyanın ən soyuq yerinin Antarktikadadakı Dome Fuji dağının zirvəsində olduğunu təyin ediblər. 
Temperaturu -91 dərəcə olan bu yer dünyanın ən soyuq bölgəsi elan edilib. Araşdırmaçılar peyk vasitəsi ilə dəniz səviyyəsindən 3 min 800 metr yüksəkliyindəki hərarətin -91 dərəcəyə qədər aşağı düşdüyünü aşkar ediblər. Həmin buz adasında yerləşən “Rus stansiyası” adlanan bölgə də, aşağı temperaturu ilə (- 89,2 dərəcə) seçilir. Araşdırmaçıların fikrincə dünyada həyatın davam etdiyi ən soyuq yaşayış yeri Rusiyada yerləşən Oymyakon kəndidir.  500 insanın yaşadığı bu kənddə yanvar ayında temperatur -50 dərəcədən -72 dərəcəyə qədər düşə bilir. Rusiyanın şimal-şərqindəki Oymyakon kəndində yaşayan xalq -71 dərəcə soyuqda həyatda qalmağa çalışır. Kənddə qış aylarında havanın temperaturu -52 dərəcə ilə -71 dərəcə arasında dəyişir. Bir məktəb və bir xəstəxananın olduğu bu kənddə qış aylarında elektron cihazları və avtomobillərdən demək olar ki istifadə etmək mümkün olmur. Əslində “Oymyakon” sözünün mənası  “donmayan su” deməkdir. Ancaq sular donur, gəmilər isə donmuş buz üzərində dayanır və yaza qədər limandan hərəkət edə bilmirlər. Oymyakonda havanın temperature bəzən o qədər aşağı düşür ki, hətta qələmim mürəkkəbi donur, insanların eynəkləri buz bağlayır və batareyalar gücünü itirir. Oymyakona gedən yolun üzərində yerləşən yanacaq doldurma məntəqəsində insanlar adətən avtomobillərinin mühərrikləri donmasın deyə, atomobili bütün gecə boyunca işlək vəziyyətdə saxlayırlar. İşıqforlar şiddətli soyuq səbəbi ilə buz bağlayırlar. Oymyakonda qış fəslində  günəş sadəcə 3 saat səmada qalır. Oymyakonda məktəblər havanın soyuqluğu  -52 dərəcədən aşağı oldğu zaman tətil edir. Məlumat üçün bildirək ki, Saxa Respublikası (Yakutiya) da dünyanın ən soyuq yerlərindən biri hesab olunur.