Həssas qəlbli Fərid Mondraqonu intihara sürükləyən nə idi?

564

Ötən həftə dünyanın futbol azarkeşlərini pərişan edən bir hadisə baş verdi. Kolumbiya yığma komandasının tanınmış qapıçısı 1994, 1998 və 2014-cü illərdə keçirilən futbol üzrə dünya çempionatlarının iştirakçısı Fəriq Mondraqon özünə sui-qəsd edib.

Bununla bağlı mətbuatda yayılan məlumata görə, Kolumbiya yığmasının keçmiş qapıçısı Fərid Mondraqon intihara cəhd edib. Mondraqon xeyli dozada antidepresant – depressiya əleyhinə dərman qəbul edib. “Le Equipe” nəşrinin iddiasına görə, həyatı üçün təhlükəsi qalmayan qapıçı yerli klinikaların birinə yerləşdirilib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan keçmiş qapıçı həkimlərin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib.

Əfsanəvi qapıçı intihara cəhddən əvvəl şəxsi “İnstagram” hesabında kiçik qeyd də paylaşıb: “Öz həyatım haqda qərarı yalnız özüm verə bilərəm. Özümü qoruya bilməməkdən yorulmuşam”.

Əlbəttə məşhur qapıçının intihara əl atması dünyada onu sevənlər tərəfindən birmənalı qarşılanmayıb. Fərid Mondraqonun belə cəhdə əl atması çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub.

Mondraqonun ən böyğük uğuru “Qalatasaray” komandası ilə bağlıdır

Tam adı Fərid Əli Kamilo Mondraqon olan gələcəyin məşhur qapıçısı 1971-ci il iyun ayının 21-də Kolumbiyanın Kalu şəhərində anadan olub. Futbol həyatına Kalu şəhərində başlayan Mondraqona məşqçilər tərəfindən ilk oyundaca qapını qorumaq tapşırılır. Qapıda dayanmaq Mondraqon üçün darıxdırıcı olsa da, o tezliklə bu şəraitə uyğunlaşa və özünü yaxşı qapıçı kimi göstərə bilir. 19 yaşında ilkən Mondraqon Kalu şəhərinin “Deportivo” komandasında oynamağa dəvət edilir. Amma bir il ərzində Mondraqon “Deportivo”nun heyətində yalnız bir dəfə əsas heyətdə meydan çıxa bilir. Ona görə də 1991-ci ildə o “Deportivo”nu tərk edərək “Real” Kartaxen komandasında oynamağa başlayır. Bununla da onun futbol zirvəsinə gedən yürüşü başlayır. Belə ki, Mondraqon qısa müddətdə “Real” Kartaxenanın əsas qapıçılarından birinə çevrilir və onun adı istedadlı qapıçı kimi ölkənin yığma komandasının məşqçilərinin də diqqətini cəlb edir. Mondraqaonun istedadlı qapıçı olduğunu görən digər klublar da onunla maraqanmağa başlayırlar. Nəticədə Fərid Mondraqon 1992-ci ildə “İndependente Santa-Fe”, 1993-cü ildə isə “Serro Portenyo” komandasına transfer edilir. 1993-1994-cü ildə Kolumbiyanın güclü klublarından biri hesab edilən “Arxentinos Huniors”a transfer edilən Mondraqon bu komandada 28 oyunda meydan çıxır. 1994-cü ildə keçirilən dünya çempionatında Mondraqon Kolumbiya yığma komandasının əsas qapıçılarından biri kimi iştirak edir. O bu dünya çemponatında istedadlı qapıçılardan biri kimi Avropadakı futbol klublarının diqqətini özünə cəlb edir. 1995-ci ildə “İndependente” komandasının heyətində Mondraqon Libertadores superkubokunun sahibi olur. Eyni ildə o Cənubi Amerikanın “Rekopa” kubokunun da qalibi adını qazanır. 1995-1998-ci illərdə “İndependente” komandasının şərəfini qoruyan Mondraqon 1998-ci ildə keçirilən növbəti dünya çempionatında da Kolumbiya yığma komandasının qapısını qoruyur. 1998-ci ildə Mondraqonu İspaniyanın Saraqosa şəhərinin “Real” komandasına transfer edilir. Lakin o burada yerli komanadaya uyğunlaşa və adaptasiya ola bilmədiyindən yenidən “İndependente” komandasına qayıdaraq ona doğma olan klubun şərəfini qoruyur. 2001-ci ildə isə Mondraqon Fransanın “Mets” komandasına transfer edilir. Onun “Mets”də nümayiş etdirdiyi inamlı oyun “Qalatasaray” futbol komandası rəhbərlərinin diqqətini özünə cəlb edir. 2001-ci ildə “Qalatasaray”a transfer edilən Mondraqon özünü dünyanın ən güclü qapıçılarından biri kimi təsdiq edə bilir. Qapını inamlı qoruması ilə Almaniyanın “Köln” komandasının da diqqətini cəlb edən kolumbiyalı qapıçı 2007-ci ildə adı çəkilən komandaya transfer edilir və 3 il ərzində alman komandasının uğurları üçün tər tökməli olur. “Köln”də karyerasını başa vurmaq istəsə də 39 yaşlı qapıçını bu dəfə Amerikanın “Filadelfiya Yunion” komandası öz heyətində görmək istəyir. Nəticədə 2011-2012-ci illərdə Mondraqon “Filadelfiya Yunion”da oynamalı olur. 2012-ci ildə yenidən doğma Kolumbiyaya qayıdan Mondraqon 2 il ərzində bir vaxtlar futbol karyerasına başladığı Kalu şəhərinin “Deportivo” komandasında oynayır. Onun yaşlı olmasına baxmayaraq qapını inamla qoruması yenidən Kolumbiya yığma komandasının baş məşqçilərinin diqqətini cəlb edir. 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Kolumbiya yığmasının şərəfini qoruyan Mondraqon dünya futbolu tarixində meydanda oynayan ən yaşlı futbolçu kimi yeni bir rekorda imza atır. Ümumiyyətlə Mondraqonun ən böyğük uğuru “Qalatasaray” komandası ilə bağlıdır. O bu komandanın heyətində 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə Türkiyə kubokunu qazanıb.

Həssas və incə qəlbli qapıçı

Dünya futbolunda Mondraqondan da güclü qapıçılar olsa da, kolumbiyalı qapıçını onlardan fərqləndirən bir önəmli bir cəhət olub. Bu da məşhur qapıçının olduqca həssas və sentimental olması ilə bağlıdır. 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Mondraqon qapısından qol buraxandan sonra uşaq kimi ağlamışdı. Halbuki qapısına vurulan qolda onun günahı yox idi. Mondraqonun sentimentllaığı sonrakı illərdə də onun öz qapısından qol buraxarkən özünü göstərdi. 2008-ci ildə keçirilən “Köln”-”Karlsrue” oyununda Ümid Özatın özündən getməsi də Mondraqonun ağlamasına səbəb olmuşdu. Mondraqonun hündürdən ağlaması və göz yaşları tökməsi o vaxt bir müddət dünya televiziyalarında ən çox nümayiş etdirilən və milyonlarla tamaşaçı tərəfindən izlənən kadrardan biri oldu. Halbuki Türkiyədə “Qalatasaray”da oynayarkən Ümid Ozat onun komandasının əsas rəqiblərindənə biri olan “Fənərbaxça”nın kapitanı idi. Bu iki komnada arasında oynanılan derbi matçında “Fənərbaxça” Mondraqonun qoruduğu qapıdan 6 top keçirmişdi. Bu toplardan sonuncusunun da müəllifi məhz Özat olmuşdu. Buna baxmayaraq Mondraqon “Köln”də onunla eyni komandada oynayan Özatı bir insan kimi çox sevirdi və onun meydanda ürəyinin daynamasından çox üzülmüşdü. O vaxt Mondraqonun Türkiyəni çox sevməsini onun islam dinini qəbul etməsi kimi qələmə vermişdilər. Lakin Mondraqon bir neçə il bundan əvvəl “Sport-Ekspress” qəzetinin əməkdaşının onun Türkiyəni çox sevməsini xatırladaraq islamı qəbul edib-etmədiyini ondan soruşmuşdu. O vaxt Fərid Mondraqon belə bir şeyin olmadığını, katolik ailəsində anadan olduğunu və katolik kimi də qaldığını vurğulamışdı. 2014-cü ildə dünya çempionatında ölkə yığma komndasının heyətində çıxış etdikdən sonra Mondraqon: “Bununla da futbol karyerama son verdim. Məni ötən müddət ərzində sevənlərin hamısına təşəkkür edirəm”,- demişdi.

Vətənə qayıdandan sonra Fərid xeyriyyə işlərində fəal işişrak etməyə başlamışdı O xərçəng xəstəliyinə tutulan uşaqlara yardımlar etmişdi. Bundan əlavə Mondraqon Kolumbiyada sülh uğrunda mübarizə aparan “Soy Capaz” kompaniyasınında fəaliyyətində fəal iştirak etdi. Bu çərçivədə də o, ölkəni gəzərək hərbçilərlə və polislərlə görüşdü, onlarla, əhali ilə maarifləndirici söhbətlər apardı. Ötən il Fərid televizyada ekspert kimi işə düzəlmişdi. O veriliş boyu taxdığı qalstukun onu sıxdığını söyləsə də sonda buna çətinliklə də olsa alışmışdı.

Təbii ki, belə saf qəlbli bir futbolçunun özünə qarşı sui-qəsdə əl atmasına bir mənalı şəkildə inanmaq çətindir.

Ailədə problem

Mondraqonun intihara əl atmasının arxasında onun ailədəki problemlərinin olması ehtimal edilir. Ümumiyyətlə Mondraqon ailədə çox mehriban həyat yoldaşı kimi tanınıb. O ailəsini həddindən artıq çox sevməsi ilə məşhur idi. Mondraqonun həyat yoldaşı Adriana Samorano da ərinə bağlı qadın idi. Onların ailəsi ən xoşbəxt ailələrdən biri hesab edilirdi. Hər halda yumşaq qəlbli Mondraqon kimi isə incidə biləcək bir adam deyildi. O oğlanlarını da çox sevir, onlarla fəxr etdiyini dönə-dönə vurğulayırdı. Lakin 2015-ci ildə gözlənilmədən Mondraqon və Samorano ayrılmağı qərara aldılar. Bu günə kimi də onların ayrılmasının səbəbləri məlum deyil. Həyat yoldaşından ayrılandan sonra Mondraqonun özünə təsəlli vermək üçün depressiya əleyhinə dərman atdığı məlum idi. 2015-ci ilin sentyabr ayından başalayaraq Mondraqon Klara Askarate adlı qadınla görüşməyə başladı. Onların evlənəcəyi barədə mətbuatda çoxlu yazılar getmişdi. Amma Fərid yeni ailə qurmaq əvəzinə intihara əl atdı. Niyə? Bu suala cavb vermək yenə də olduqca çətindir. Hələlik həyatı artıq təhlükə qarşısında olmyan Fəridə niyə intihar etməsi ilə bağlı ona ünvanlanan suallara cavab vermir, ya da o, bu suallara cavab verməyə qadir deyil. Bəlkə də olduqca yumşaq qəlbli olan Fərid Mondraqon öz keçmişini xatırlayaraq gözyaşları tökmək, yenidən depressiya qapılmaq istəmir…

ƏZIZ MUSTAFA