Yeni ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca quraşdırılan yolkaların sayı artır. Təbii ki, onların da yanında yeni ilin atributları sayılan Şaxta babalar, Qar qızlar görünməkdədirlər. Üstəlik, bəzi cizgi filmlərinin personajları – pişik, dovşan, ayı… da onlara qoşulublar. Bu mənada, artıq bayram ab-havası hiss olunmaqdadır. Belə ab-hava Mingəçevir şəhərində də yaşanmaqdadır.
Biz bu dəfə Mingəçevirdə həmin cizgi filmlərinin canlı personajları – pişik, dovşan, ayı…ilə həmsöhbət olmağa çalışdıq. Söhbətdən aydın oldu ki, iş yerləri olmadığı üçün belə şənliklər onlar üçün göydəndüşmə olur: “Hər gün 6 manat qazanırıq. Üstəlik, bizi günortalar yeməklə də təmin edirlər”.
Onlar əyinlərinə geydikləri paltarların ağırlığından da danışdılar. Bundan gileylənməsələr də sadəcə: “Bu işin də bu çətinliyi var”, – deməklə kifayətləndilər.
Esmira Hidayətova, Mingəçevir