“Hər adam balıq ovlaya bilmir”

0
359

Kür sahilində  balıq tutmaq mingəçevirlilərin ən sevilən  məşğuliyyətidir. Burada bəzi sakinlər balıqçılıqla peşə kimi, çoxları isə həvəskar olaraq məşğul olurlar. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq vaxtlarının bir hissəsini gözəl təbiət və “dəniz” qırağında keçirirlər. Bu işdən həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar. Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsili olur, olsun Elman  kürün  sahilinə gələrək balıq tutur, özünün dediyi kimi həm də,  istirahət edir. O, Kürün ən dadlı balığı şamayka, ukleka, vovla balıqlarının daha çox tilova düşdüyünü deyir.

Həmsöhbətimiz  bizimlə balığın tutulmasının incəliklərini də bölüşdü. Həvəskar balıqçı heç bir yerdə işləmədiyini və ailəsinin kiçik bir ehtiyacını burdan tutduğu balıqlardan çıxardığını da dedi: “Səhər  saat 11 dən  sonra  sahilə gələrək ovlarımın  yerlərini müəyənləşdirirəm. Sonra isə kür çayının ən dadlı balıqları olan kiçik balıqları ovlamaq üçün, tilova taxmağa, “qurd”, “xəmir” və s.  hazırlayıram.
O, balıq tutmaq üçün hava şəraitinin də əsas olduğunu söyləyir. Çox küləkli, yaxud çox sakit, aydınlıq, yaxud zil qaranlıq hava balıq tutulmasında müəyyən rol oynayır. Balıqçı ovun hər zaman uğurlu olmadığını, bəzən evə əliboş qayıtdığını da deyir. Elman  Süleymanov  balıq tuta bilmək üçün insanda səbr və işindən zövq almağın önəmli olduğunu bildirdi.
Onun sözlərinə görə hətta tutduğu bu xırda balıqların müştərisi də var: “Hər adam balıq ovlaya bilmir. Gəlib yanımda durub baxırlar, hətta almaq istədiklərini də deyirlər. Mən də işsiz adamam, yenə satıb çörək pulu edirəm hərdən”. yeniavaz

Esmira Hidayətova, Mingəçevir.