“Hərənin öz ulduzu” Ağdamda

385

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti səfərdədir. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə çıxış edəcək. Qeyd edək ki, tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən təşkil olunub.