Həmrəylik bayramınız mübarək olsun!

574

Müxtəlif güc mərkəzlərindən hər cür dəstək alan erməni xainlərinin sərhədlərimizə müdaxiləsi bu prosesi daha da sürətləndirirdi. Azərbaycanın müstəqillik uğrunda mübarizəsini boğmaq üçün Kreml erməni əlaltılarını hər dəfə olduğun kimi bu dəfə də bizim üstümüzə qaldırdı. 1989-cu ildə vətənpərvər soydaşlarımız bizimlə İran arasında olan sovet sərhədlərini sökərək daha bundan sonra Krmelə baş əyməyəcəklərini elan etdilər. İmperiya cəlladlarının ölkəmizdə törətdiyi 20 yanvar kimi qanlı hadisə belə xalqımızı müstəqillik yolundan döndərə bilmədi və gərginlik digər müttəfiq respublikalara da yayıldı. Nəticədə Sovet rəhbərliyi bu yolla imperiyanı idarə edə bilməyəcəklərini anladılar və 91-ci ilin sonlarına doğru SSRİ dövlətinin süqutunu rəsmən elan etdilər. 1991-ci ilin dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunması haqqında qərar qəbul olundu və növbəti il bu qərar rəsmən qüvvəyə mindi.

Hazırda dünyanın yetmişə yaxın ölkəsində 50 milyona yaxın soydaşımızın yaşadığı bildirilir. Amma etiraf edək ki, soydaşlarımız arasında əlaqələr və diaspor fəaliyyətimiz hələ arzu olunan səviyyəyə çatmayıb. Bu sahədə son illərdə xeyli uğurlu addımlar atılmışdır və atılmaqda davam edir. Müstəqil Azərbaycan respublikasının inkişafı və paytaxtımız Bakının dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın paytaxtı elan olunması, ölkəmizdə keçirilən dünya miqyaslı tədbirlər bu sahədə böyük uğurlar kim dəyərləndirilməlidir.

Bəli, 31 dekabr bizim soydaş günümüz, doğmalığımızın növbəti ildönümüdür. Əlbir, dilbir, qəlbbir olmalıyıq ki, güclü olaq, səsimiz daha da gur çıxsın, haqqımızı ala bilək, düşmən qarşısında aciz qalmayaq.

Həmrəy olaq, yəni bir-birimizi sevək, çoxluğumuzla sevinək, sözümüzü, fikrimizi hörmətlə qarşılayaq, çiyin-çiyinə, ürək-ürəyə olaq.

Həmrəylik bayramımız xeyirli-uğurlu olsun və Allah-Təala bizə həqiqi həmrəylik nəsib eləsin!