Həkimlər insult olması barədə diaqnoz qoyublar

502

Özbəkistan prezidenti İslam Kərimov avqustun 26-da Dürmən iqamətgahında olimpia qalibləri üçün təşkil olunmuş ziyafətdən dərhal sonra özündən gedib.

Publika.az Özbəkistanın müxalifət mətbuatına və Rusiya KİV-lərinə istinadən xəbər verir ki, tədbir şahidləri bildirib ki, ziyafət zamanı İslam Kərimov həddən artıq araq və digər spirtli içkilər qəbul edib. Prezident Aminstrasiyasının rəhbəri Zəlimxan Haydarov Prezidentə dəfələrlə xəbərdarlıq etsə də, Kərimov ona məhəl qoymayıb. Gecə saat 12-1 radələrində İslam Kərimov Zəlimxan Haydarova göstərişlər verdiyi vaxt qəfildən səhhəti pisləşir və yerə yıxılır.

Dürmen iqamətgahındakı həkimlər dərhal beyninə qan sızması, insult olması barədə diaqnoz qoyublar. Ölkənin bütün aparıcı həkimlərinin iştirakı ilə prezident 1 saylı hökumət stasionarına yerləşdirilib.

Avqustun 27-si axşamı İsrail və Almaniyadan həkim briqadaları Özbəkistana gəlib. Mənbənin dediyinə görə, Kərimov 5 gün yaşaya bilsə, sağalacaq. Bu müddət ərzində hər şey baş verə bilər. Artıq Özbəkistanın müstəqillik günü ilə bağlı tədbirlərin bütün rəsmi hissəsinə baş nazir Şövkət Mirzəyev rəhbərlik edir.

Avqustun 31-dək Kərimov sağ qalsa, uzunmüddətli müalicə almalı olacaq. Hakimiyyətin faktiki olaraq Şövkət Mirzəyevə keçəcəyi ehtimal olunur. Özbəkistan Konstitusiyasına görə, prezident səlahiyyətlərini icra edə bilmədikdə, səlahiyyətləri Senatın sədrinə keçir. Bəzi mənbələr Kərimovun varisi kimi kiçik qızı Lolanın da adını qeyd edirlər.

Associated Press xəbər verir ki, İslam Kərimovun yerləşdirildiyi xəstəxana bir neçə mühafizə kardonu ilə əhatələnib.

Rəsmi mənbələr isə prezidentin bir neçə gün tam tibbi müayinədən keçməsinin lazım olduğunu qeyd edirlər.

Qeyd edək ki, İslam Kərimov dəfələrlə xəstəxanaya düşməsinə baxmayaraq, bu barədə heç bir açıqlama verilməyib. Həyacan və şübhə yaradan məqam məhz nazirlər Kabinnetinin rəsmi aşıqlama verməsi oldu.